Ermənilər Ağdamdan çıxmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib - VİDEO

24
noy
2020
14:32
Ağdamın Gülablı kəndi Azərbaycana təhvil verilərkən burada məskunlaşan ermənilər əşyalarını çıxarmaq üçün Azərbaycan hərbçilərinə müraciət edirlər.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, humanistlik nümayiş etdirən hərbçilərimiz onlara yardım edir. Əşyalarını, mal-qaranı toplayıb kəndi tərk etməyə imkan yaradır.
Bu bir daha onu göstərir ki, Azərbaycan ordusu heç vaxt mülki əhaliyə qarşı pis davranmayıb, əksinə yardım göstərib.
Qeyd edək ki, üçtərəfli bəyanata görə, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - VİDEO
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib. BAKU.WS Prezident İlham Əliyevin xalqa müraciətini təqdim edir: -Əziz həmvətənlər. Mən...
