Azərbaycanlı əsirlərlə bağlı komitədən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə nəticəsində əsir düşən şəxslərə baş çəkir”.
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxslərin azad olunması ilə bağlı qərar münaqişə tərəflərindən asılıdır:
“Komitə bu qərara təsir edə bilmir. BQXK tərəfi sadəcə münaqişə tərəfləri əsirləri azad etmə ilə bağlı qərar qəbul etdikdə, digər tərəf həmin şəxsi qəbul etməyə razılıq verərsə, eyni zamanda əsir düşən şəxsin özü də qayıtmaq arzusunu bildirdikdə əməliyyatın keçirilməsinə dəstək verir”.
“Saxlanılan şəxslər barədə məlumatlar ailə üzvlərinə verilir”, - deyə komitə rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - VİDEO
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib. BAKU.WS Prezident İlham Əliyevin xalqa müraciətini təqdim edir: -Əziz həmvətənlər. Mən...