VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Silahlı Qüvvələrinin inkişafını planlaşdıran insanlar düşmənin imkanlarını əvvəlcədən dəqiq hesablamışdılar. Maraqlı taktikalardan radio ilə idarə olunan "An-2" təyyarələrini göstərmək olar ki, yalançı hədəf kimi istifadə edilən təyyarələr vasitəsilə düşmənin RƏM sistemlərinin yerləri müəyyən olunurdu".

BAKU.WS xəbər verir ki, bu sözləri "Zerkalo"ya rusiyalı hərbi ekspert Aleksey Xlopotov bildirib.

Onun sözlərinə görə, Şuşa şəhərinin alınmasında iştirak edən Azərbaycanın xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq göstəriblər: "Azərbaycanın xüsusi təyinatlıları bu müharibədə qəhrəmanlıq səhifəsi yazdılar. Bıçaq və tapança ilə hücum, bunu heç kim gözləmirdi. Bu hücum tezliklə 300 spartalıya bənzər bir əfsanəyə çevriləcək".

Vətən Müharibəsindən sonra məlum oldu ki, özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.

Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir.

Orxan Hüseyn
BAKU.WS