VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci Qarabağ Müharibəsinin aktiv iştirakçısı, Ermənistan ordusunun general-leytenantı Manvel Qriqoryan ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

"Respublikaçılar" Partiyasından keçmiş millət vəkili Manvel Qriqoryan 65 yaşında İrəvan şəhərində ölüb.

O, sonuncu dəfə 20 oktyabrda Qarabağda gedən döyüşlərə dəstək vermək üçün ön cəbhəyə yollanmışdı. Onun döyüşlərdə iştirak etdiyi zaman Azərbaycan Ordusunun cavab atəşləri nəticəsində ağır yaralandığı bildirilirdi. 

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin sabiq müavini, Ermənistanın milli qəhrəmanı Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

BAKU.WS
VİDEO

QALEREYA