VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BBC kanalının Dağlıq Qarabağdan hazırladığı videoreportajdan görünür ki, razılaşmaya uyğun olaraq ermənilər Kəlbəcəri tərk edirlər.

BAKU.WS xəbər verir ki, düşmən tərəfi mümkün olan hər şeyi özləri ilə götürür, hətta pəncərə çərçivələri və unitazları da aparırlar.

Bununla yanaşı işğal olunmuş ərazilərdə maddi mədəni sərvətlərimizin dağıdılması və qarət olunması indi də davam edir. Ermənilər apara bilmədiyi bir çox şeyi isə yandırır, məhv edirlər. 30 ilə yaxındır Azərbaycan torpaqlarına yerləşən və bundan utanmazcasına istifadə edən ermənilər müharibədə məğlub olduqdan sonra öz mənfur əməllərini davam etdirirlər.

Evlərin və əşyaların yandırılması və məhv edilməsi əslində düşmənin nə qədər alçaq xislətə malik olmasından xəbər verir. Ermənilərin hər hansı əşyası heç kimə lazım olmasa da, düşmən boş evləri yandırmaqla öz qanuni torpaqlarına geri qayıdacaq azərbaycanlılar üçün çətinlik yaratmaq niyyətindədir.

Heç kimə sirr deyil ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində evlər, tarixi abidələr, inzibati binalar və bütün tikililər terrora məruz qalmış, dağıdılmış və yararsız hala salınmışdır. Bunların hamısının zamanla Azərbaycan tərəfindən bərpa olunması nəzərdə tutulsa da, ermənilər 30 illik işğalçılıq tarixində həm də vandal və terrorçu imicini formalaşdırdılar. 

Əslində Prezident İlham Əliyev də "İnterfaks" agentliyinə müsahibəsi zamanı işğalçı Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklə bağlı danışmışdı. Prezident qeyd etmişdi ki, Füzuli şəhəri işğaldan azad edilən zaman orada bircə salamat bina tapılmamışdı: "Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı, bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə quldurluqdur".

İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçının şəhid vermədən, qan tökülmədən geri qaytarılması ermənilərin iki qat məğlubiyyətinin nümunəsidir. Ermənilər müharibədə heç olmasa Azərbaycan ordusundan canlı qüvvə öldürməklə məğlubiyyət fonunda təskinlik qazanmaq istəsə də, bu da onların ürəyində qaldı. 

Dağlıq Qarabağda əldə edilən qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Orxan Hüseyn
BAKU.WS
VİDEO