SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, Ermənistan ordusu Qarabağdan mərhələli şəkildə çıxmağa başlayıb. 

BAKU.WS xəbər verir ki, ordu ilə yanaşı bölgədə yaşayan ermənilər də yaşayış yerlərini tərk edirlər. 

“Gettyimages” foto agentliyinin saytına yerləşdirilən fotolardan göründüyü kimi, ermənilər işğal altında olan Azərbaycan torpaqlarını boşaldırlar. 

30 ildir Azərbaycanın doğma torpaqlarını zəbt edən ermənilər bu azmış kimi gedəndə də maksimum ziyan vuraraq kəndləri tərk edirlər. 

Onlar evləri, meşələri yandırırlar, abidələri dağıdırlar və salamat qalan hər şeyi sıradan çıxarırlar. Bu, ermənilərin necə xəstə təfəkkür sahibi olduqlarından xəbər verir. 

Qeyd edək ki, Qarabağdan çıxan ermənilər birbaşa Yerevana üz tuturlar. 

BAKU.WS
QALEREYA