SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bundan sonrakı mərhələdə də Azərbaycanın yanında olacağıq".

BAKU.WS xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan hər dəfə atəşkəsi pozub: 

"Üç dəfə bizim də dəstəyimizlə atəşkəs cəhdi oldu. Minsk qrupu üzvü olan Rusiya, Fransa və ABŞ-dan cəhdlər də olmuşdu. Hər dəfə Azərbaycan atəşkəs tərəfdarı olduğunu və siyasi yollarla münaqişənin həll olunması tərəfdarı olduğunu göstərdi. Amma hər dəfə atəşkəsi pozan Ermənistan oldu. Savaş istəyən və döyüşlərin davam etdirilməsini istəyən Ermənistan idi.

Ermənistan da bunun cəzasını ağır çəkdi. Güclü Azərbaycan ordusu işğal edilmiş torpaqlarını işğalçı Ermənistanın əlindən bir-bir aldı. Ən sonda Paşinyan və Ermənistan təslim olmaq məcburiyyətində qaldı. Son məsələlərlə bağlı həm Azərbaycanla, həm də Rusiya ilə təmasda idik. Dünən gecə üç ölkə arasında saziş imzalandı.

İndi bunun necə müşahidə, nəzarət ediləcəyi mövzusu var. Bu məsələ ilə bağlı görüşlərimiz də davam edir. Əvvəldən həm masada, həm də döyüş meydanında Azərbaycanın yanında olduq. Dünən Azərbaycan prezidenti İlham Əliyev də bunu açıq şəkildə bildirdi. Bundan sonrakı mərhələdə də qardaş ölkənin yanında olacağıq. Bu, Azərbaycan üçün böyük bir zəfərdir. 30 ildir işğalda olan Azərbaycan torpaqları geri alınır". 

BAKU.WS
VİDEO