Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib

03
noy
2020
14:06
Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.
Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.
Oxşar xəbərlər
Qarabağda şiddətli döyüşlər və ermənilərin böyük itkiləri (VİDEO)
Ermənistan silahlı qüvvələri 2016-cı ilin yalnız 2-5 aprel tarixlərində aparılan döyüşlərdə böyük itkilərə məruz qalıb. BAKU.WS xəbər verir ki, 320-dən artıq h...
