MN: Laçın və Qubadlı Ermənistandan raket-artilleriya atəşinə tutulur - RƏSMİ

24
okt
2020
14:26
Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.
Oxşar xəbərlər
“Qarşıda bizi güclü silahlı toqquşma gözləyir”
Hərbi və siyasi ekspertlərdən növbəti savaş xəbərdarlığı BAKU.WS musavat.com-a istinadən bildirir ki, himayədarlarının dəstəyi ilə Azərbaycan ərazilərini 25 il...