Prezidentin köməkçisi: "Raketlər Ermənistanın Qafan və Cermuk bölgələrindən atılıb"

22
okt
2020
11:09
“Azərbaycanın hərbi əməliyyatlar teatrından çox uzaq olan möhtəşəm turizm mərkəzi Qəbələ Ermənistanın raket zərbəsinin hədəfinə çevrilib”.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
H.Hacıyev deyib: “Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb. Çox güman ki, Səddam Hüseynin vaxtilə istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur".
Oxşar xəbərlər
Erməni tanklarını darmadağın edən “Spike” raketləri - FOTO
"230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri – bunu gizlətmirəm – özü tuşlanan “Spike” raketlər...
