İran işğalçı Ermənistan ordusunun PUA-sını məhv etdi - VİDEO

19
okt
2020
11:46
İranın Hərbi Hava Qüvvələri işğalçı Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.
BAKU.WS xəbər verir ki, bu barədə "avia.pro" portalı məlumat yayıb.
Bildirilir ki, Ermənistanın PUA-sı İran sərhədini pozduğu üçün zərərsizləşdirilib.
Buna qədər İranın yüksəkçinli ordu rəsmiləri Ermənistana pilotsuz uçuş aparatları və artilleriya zərbələri ilə bağlı xəbərdarlıq etmişdi.
Məlumata görə, pilotsuz uçuş aparatı Azərbaycan-İran sərhədində, Ərdəbil vilayətinin ərazisində məhv edilib.
Vurulan pilotsuz təyyarənin növü açıqlanmasa da, kəşfiyyat dronu olduğu deyilir.
Oxşar xəbərlər
“Qarşıda bizi güclü silahlı toqquşma gözləyir”
Hərbi və siyasi ekspertlərdən növbəti savaş xəbərdarlığı BAKU.WS musavat.com-a istinadən bildirir ki, himayədarlarının dəstəyi ilə Azərbaycan ərazilərini 25 il...
