Daha bir Xocalı cəlladı cəzasına çatdı

Ordumuzun hücumu nəticəsində ağır yaralanan Xocalı cəlladı Rustam Qasparyan ölüb.
BAKU.WS-in məlumatına görə, erməni ordusunda polkovnik olmuş, Xocalı soyqırımının aktiv iştirakçısı Qasparyan maşınla oğlu ilə birlikdə cəbhəyə gələrkən Azərbaycan PUA-sının zərbəsinə tuş gəlmişdi.
Oğlu hadisə yerində ölən Qasparyan ölümcül yaralanmışdı. Bu gün o da ölüb.
Qeyd edək ki, Rustam Qasparyan I Qarabağ müharibəsinin aktiv iştikaçısı olub. Xocalı soyqırımında dinc əhaliyə divan tutan Qasparyan Ermənistan ordusu rəhbərliyi tərəfindən mükafatlarla təltif olunmuşdu.
O, polkovnik rütbəsi daşıyırdı.
Oxşar xəbərlər
Xocalı cəlladlarından daha biri cəzalandırıldı: Ayaqları amputasiya olundu - FOTO
Birinci Qarabağ müharibəsində iştirak etmiş və işğalçı Ermənistan ordusunda polkovnik rütbəsini daşımış Rüstəm Qasparyan ağır yaralanıb, oğlu isə məhv edilib. B...
