Şeyxdən Azərbaycanda Ramazan ayının aprelin 3-də başlayacağı iddialarına CAVAB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda Ramazan ayının aprel ayının 3-də başlayacağı ilə bağlı yayılan iddia aydınlıq gətirib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, o bildirib ki, idarə Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi göstərilib:
“Bəzi insanlar bunu birmənalı qarşılayıb, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər. Bununla bağlı Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynovla əlaqə saxladıq.
O qeyd edib ki, “Azərbaycan üfüqündə 01 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06.42-də doğub. Həmin gün 19.04-də Günəş batmış, 19.18-də isə Ay Günəşdən 14 dəqiqə gec batmışdır. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilib.
Bu gün isə Günəş 19.05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec 20:23 də batacaqdır. Hilalın işıqlanması iki faiz olacaqdır”.
Şeyx əlavə edib ki, adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaq:
“Beləliklə QMİ-nin verdiyi fətva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir. Xalqımızı mübarək ayın başlanması münasibətilə təbrik edirəm”.
Oxşar xəbərlər
Ramazan ayı ilə bağlı fətva verildi
Ramazan ayı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Fətva verib. BAKU.WS xəbər verir ki, Fətvada deyilir: “Ramazanın fəzilətləri barədə müqəddəs...
