Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
Yeniliklərdən dərhal xəbərdar olun
Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə BBC-yə Dubay Baş Prokurorluğundan məlumat verilib.
Məlumata görə, Cavadlı keçmiş ərinin şikayəti əsasında nəzarətə götürülüb. O, məhkəmənin təsdiqlədiyi görüş zamanı uşaqları qanunsuz olaraq öz yanında saxlamaqda ittiham edilir.
Cavadlının ailəsi onunla iki gün ərzində əlaqə saxlaya bilmədiklərini bildirərək narahatlıq keçirib. Tərəflər daha əvvəl də bir-birlərini uşaqları qaçırmaqda günahlandırıblar.
Bundan əlavə, Zenab Cavadlı ötən il uşaqlarla bağlı qarşıdurmalardan birini sosial şəbəkədə canlı yayımladığı üçün BƏƏ-nin elektron cinayətlər qanunvericiliyi çərçivəsində mümkün hüquqi araşdırma ilə də üzləşə bilər.
Araşdırma davam edir.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...