Zərdabda qanunsuz tikili sökülüb

Zərdabda qanunsuz tikili sökülüb
Foto Video
Hadisə 89

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Zərdabda qanunsuz tikilini söküb.

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsi tərəfindən Zərdab rayonunun Qoruqbağı kəndi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində vətəndaş Bəkirov Taleh Ağaəli oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Qeyd edək ki, sosial şəbəkədə gün ərzində videolar paylaşılıb. Həmin videolarda qadının ona məxsus tövlənin sökülməsinə etiraz etməsi əksini tapıb.

Oxşar xəbərlər

Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var

Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 May küçəsində obyektdə partlayış baş verməsi barə...

36 Hadisə 20:17 31 mart 2026

Son xəbərlər