Zərdabda oğlunun ölümünə dözməyən ata intihar etdi
22
apr
2025
16:52
Zərdab rayonunda intihar hadisəsi baş verib.
BAKU.WS Teleqraf.com-a istinadla xəbər verir ki, aprelin 21-də saat 13 radələrində 1960-cı il təvəllüdlü Pəhlivan Cavad oğlu Məmmədov yaşadığı Qoruqbağı kəndindəki evin həyətində özünü asıb.
Yaxınlarının bildirdiyinə görə, bir neçə il əvvəl P.Məmmədovun hərbi xidmətdən yeni qayıdan oğlu Kürdə boğularaq ölüb. Həmin vaxt P.Məmmədov sarsıntı yaşayıb və səhhətində problemlər yaranıb.
Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
İki nəfər dəm qazından öldü
Masazır sakini dəm qazından boğulub. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Hüseyn Yasən oğlu Ramazanov qəsəbənin H.Z.Tağıyev küç...