Hesaba görə başlayan mübahisə qanla bitdi
03
noy
2026
08:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən restoranların birinin ərazisində qeydə alınıb.
İlkin məlumata görə, mübahisə zəminində 1986-cı il təvəllüdlü Səhubi Xudadatov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Münaqişəyə hesaba görə başlayan mübahisə səbəb olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, 2008-ci il təvəllüdlü Fuad Cəfərli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU
Bakının Nizami rayonunda, metronun "Neftçilər" stansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, qəza zamanı "Li" (Li Auto/Li...