Zərdabda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən iki nəfər həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Zərdabda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil Qoşaoba kənd sakini Ceyhun Əliyev saxlanılıb.
Ondan 3 kiloqram 500 qram marixuana aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat zamanı rayon sakini Salik Abdullayev də saxlanılıb. Adıçəkilən şəxsdən də satış məqsədilə qablaşdırılmış marizuan götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...