Zərdabda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Zərdabda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə 34

Zərdabda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Ensar Cəfərov saxlanılıb. Onun üzərindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

Araşdırmalar zamanı E.Cəfərovun sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunduğu və narkotik vasitəni qabaqcadan təyin olunan yerə çatdırmalı olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb

Bakının Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirl...

46 Hadisə 17:01 22 sentyabr 2026

Son xəbərlər