Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
16
iyl
2026
13:09
Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
BAKU.WS report-a istinadən xəbər verir ki, rayon ərazisində "Kia Rio" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında yerləşən ağaca, daha sonra isə işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib və nəqliyyat vasitəsində olan bir neçə sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Akif Əyyubov vəfat etdi
Azərbaycanın tanınmış həkimi Akif Əyyubov vəfat edib. BAKU.WS xəbər verir ki, həkimin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, A.Əyyubov Ailə Sağlamlıq M...