17 yaşlı qıza toy mərasiminin keçirilməsinə görə, 2500 manat CƏRİMƏ

Zərdab rayonunda erkən evlilik faktı ilə bağlı tədbir görülüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Natiq şadlıq sarayında erkən evlilik halının baş verməsi barədə daxil olan məlumat aidiyyəti qurumlara ötürülüb və araşdırmalara başlanılıb.
Araşdırma zamanı bəylə gəlinin yaşlarının müvafiq olaraq 32 və 17 olduğu müəyyən edilib. Hər iki tərəfin valideynləri ilə söhbət aparılaraq, bunun qanunvericiliklə qadağan olunduğu izah edilib və məclisin keçirilməsi təxirə salınıb.
Bununla yanaşı, qanunvericiliyin tələblərinə uyğun olaraq hər iki tərəfin valideynlərinə 1000 manat, tədbirin keçirilməsinə şərait yaradan şadlıq sarayının sahibinə isə 1500 manat məbləğində cərimə tətbiq edilib.
***14:18
Zərdabda şadlıq saraylarından birində yetkinlik yaşına çatmayan qıza toy mərasiminin keçirilməsinin qarşısı alınıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, polis əməkdaşları məclisin keçirildiyi şadlıq sarayına gedərək qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçiriblər.
Araşdırmalarla bəyin 32, gəlinin isə 17 yaşında olduğu müəyyənləşib. Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb, bunun qanunvericiliklə qadağan olduğu izah edilib. Məclisin keçirilməsi isə təxirə salınıb.
Bundan əlavə, məclisin keçirilməsinə göz yuman şadlıq sarayının sahibi barəsində də inzibati qaydada protokol tərtib olunub və məsuliyyətə cəlb olunub.
Oxşar xəbərlər
Bakıda iki nəfərə qarşı 26 min manatlıq dələduzluq edilib
Bakıda iki nəfərə qarşı dələduzluq edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Nəsimi rayon ərazisində zərərçəkənlərə ümumilik...
