Zəncanlı idmançının Azərbaycana sığınmasının pərdəarxası məqamları açıqlandı - FOTO

Zəncanlı idmançının Azərbaycana sığınmasının pərdəarxası məqamları açıqlandı - FOTO
Hadisə 126

Avarçəkmə üzrə iranlı idmançı Bəhmən Nəsirinin Azərbaycanda sığınacaq almasının pərdəarxası məqamları açıqlanıb.

BAKU.WS-in "Azad İran" teleqram kanalına istinadla məlumatına görə, bu barədə İranın Avarçəkmə Federasiyasının prezidenti Əlirza Söhrabian "Rokna.net" saytına müsahibəsində danışıb.

"Üç il öncə biz həmin idmançını Azərbaycandan İrana qaytaranda onun ölkədə işlə təmin edilməsi üçün əlimizdən gələni etdik. O, xalqa xidmət etmək üçün yanğınsöndürmə idarəsində işləmək istəyirdi, amma haraya müraciət etsək də, qapılar üzümüzə bağlandı", - deyə o bildirib.

O, Nəsirinin işlə təmin edilməsi üçün İranın İdman və Gənclər Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsi ilə danışıqlar aparıldığını, yazışmalar həyata keçirildiyini deyib.

"Bu iki qurumun səylərinə baxmayaraq, təəssüf ki, başqa orqanlar tərəfindən problemlər yaradıldı", - deyə Söhrabian əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər