Zəlimxan Yaqubun qardaşı VƏFAT ETDİ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türk dünyasının şairi Zəlimxan Yaqubun qardaşı Bəhram Yaqub 65 yaşında dünyasını dəyişib.
BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, bu haqda Zəlimxan Yaqubun oğlu Şəhriyar Yaqub bildirib. Onun sözlərinə görə əmisi uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Bu gün səhər saatlarında isə dünyasını dəyişib:
“Əmim uzun illər dövlət orqanlarında, bir müddət isə xarici ölkələrdə çalışıb. Çox təəssüflər olsun ki, xəstəlik ona qalib gəldi”.
Şəhriyar Yaqub qeyd edib ki, əmisi Borçalı bölgəsinin Bolnisi rayonu tabeliyində olan Kəpənəkçi kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Oxşar xəbərlər
Bərdədə dəhşət: 48 yaşlı kişi qardaşı qızına dəfələrlə təcavüz etdi - Şok təfərrüat
Bərdə rayonunda 1973-cü il təvəllüdlü Məmməd ögey qardaşının qızı Pərvanəyə (adlar şərti verilib - red.) təcavüz edib. BAKU.WS Teleqraf.com-a istinadən bildirir...