Zaqatalada yanğın əl əməyi ilə söndürülür
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalanın mürəkkəb relyefli dağlıq ərazisində baş verən yanğının söndürülməsi və geniş ərazilərə keçməməsi istiqamətində tədbirlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova BAKU.WS-ə bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb.
Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.
“Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə xidmətinin yanğınsöndürənləri, rayon icra hakimiyyətinin nümayəndələri və yerli kənd camaatı yanğının söndürülməsi üçün çalışırlar. Əraziyə 2 helikopter cəlb olunub”.
Oxşar xəbərlər
Şəkidə meşə yanğınının söndürülüməsinə helikopterlər cəlb olunub - VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. BA...