Zaqatalada qəzaya düşdükdən 5 gün sonra xəstəxanada ölən Tunarın FOTOLARI
Avqustun 14-də Zaqatalada baş verən qəzada ağır yaralanan 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov ötən gün vəfat edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Zaqatala rayonu ərazisində baş verən qəzada ağır xəsarət alan sərnişin xəstəxanada ölüb.
Xatırladaq ki, hadisə avqustun 14-də baş verib. Şəhər sakini, 17 yaşlı Məhərrəm Rasim oğlu Ramazanov "Lada Priora" avtomobilinin sükanı arxasında idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşıb.
Qəza nəticəsində sürücü M.Ramazanov, həmçinin avtomobildə olan sərnişinlər - Muxax kənd sakinləri - 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov, 17 yaşlı Sənan Kamil oğlu Şabanov və 22 yaşlı Qismət Hikmət oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdilər. Həkimlərin səyinə baxmayaraq T.Ramazanov avqustun 18-də xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsini...