Zaqatalada qəzada xəsarət alanların kimliyi məlum oldu
Zaqatalada baş verən qəzada xəsarət alan şəxslərin kimlikləri məlum olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza zamanı ümumilikdə Muxax kənd sakini olan 9 nəfər xəsarət alıb.
Qəzada xəsarət alanlar 63 yaşlı Reyhanat Murtuzova, 54 yaşlı Yeganə Yalıyeva, 59 yaşlı Nizaməddin Əliyev, 41 yaşlı Əli Abakarov, 55 yaşlı Təranə Bubuşova, 41 yaşlı Fərqanə Hudulova, 56 yaşlı Musa Əliyev, 55 yaşlı Əhməd Hudulov və 70 yaşlı Şaban Nuruyevdir.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 1 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Digər 8 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Oxşar xəbərlər
Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Abşeron rayonunda bir nəfər alıcı kimi mağazaya daxil olaraq orada olan qızıl-zinət əşyalarını yoxlamaq adı ilə üzərinə taxıb və daha sonra gizlicə mağazadan uz...