Zaqatalada qarışıq mallar mağazası yandı
06
sen
2026
10:27
Zaqatalada qarışıq mallar mağazasında yanğın baş verib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Danaçı kəndində qeydə alınıb.
Kənd sakini Səbiət Rəbiət qızı İsayevaya məxsus qarışıq mallar mağazasında baş verən yanğın nəticəsində obyektin yanar konstruksiyaları və içərisindəki məhsullar yanıb.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ağdamda traktor minaya düşüb, xəsarət alan var
İşğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində 2026-cı il 5 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib. BAKU.WS xəbər verir...