Zaqatalada qadın yol qəzası nəticəsində xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada 44 yaşlı qadın avtomobilin onu vurması nəticəsində xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala şəhərinin Heydər Əliyev prospektində baş verib.
Zaqatala şəhər sakini, 1979-cu il təvəllüdlü Elgün İmanov idarə etdiyi "VAZ 21099" markalı minik avtomobili ilə 1981-ci il təvəllüdlü Vəfa Əsəbəli qızı Mustafayevanı vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan V.Mustafayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.
Onun vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....