Zaqatalada hamilə qadın evdə özünü abort etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada hamilə qadın evdə özünü abort edib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Zaqatalanın Əliabad qəsəbəsində qeydə alınıb.
21 fəftəlik hamilə olan 27 yaşlı Diana Kazımova yaşadığı evdə hamiləliyini sonlandırmağa qərar verib. Bu məqsədlə o uşaq salmada (abort) istifadə olunan xüsusi riskli dərman qəbul edib. Yüksək dozada dərman qəbul edən D. Kazımovanın vəziyyəti qəfil pisləşib. O dərhal Zaqatala mərkəzi rayon xəstəxanasına çatdırılıb. Həkimlərin vaxtında müdaxiləsi və səyi nəticəsində qadının həyatı xilas edilib.
Hazırda D. Kazımovanın müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...