Zaqatalada güclü külək ciddi fəsadlar yaradıb
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala rayonunda güclü külək bir neçə kənddə ciddi fəsadlar yaradıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti rayonun Maqov kəndinə daha çox zərər vurub.
Ötən gün axşam saatlarında güclənən külək səbəbindən Maqov kəndində, həmçinin həmin inzibati əraziyə daxil olan Abaylı və Yolayrıc kəndlərində irigövdəli ağaclar aşıb, kommunikasiya xətləri zədələnib, fərdi təsərrüfatlara ziyan dəyib, bir neçə evin və mal tövləsinin damları qismən uçub.
Eyni zamanda, Zaqatala-Maqov-Danaçı-Aşağı Çardaqlar avtomobil yolu ağacların yola aşması nəticəsində bir müddət bağlı qalıb.
Hazırda aidiyyəti qurumların ənəkdaşları tərəfindən kommunikasiya xətlərinin bərpası və yolun açılması istiqamətində tədbirlər görülür.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....