Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib.
BAKU.WS "Report"a istinadən bildirir ki, rayonun Yuxarı kəndi ərazisində, yüksək dağlıq ərazidə başlayan yanğın davam edir.
Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nurlan Şabanov "Report"un yerli bürosuna bildirib ki, yanğının lokallaşdırılması hələ mümkün olmayıb."Hazırda FHN-dən 100 nəfər şəxsi heyət olmaqla ümumilikdə 300 nəfərə yaxın insan yanğının söndürülməsində iştirak edir. Bununla yanaşı 2 helikopter bu gün səhər saatlarından etibarən yenidən yanğınsöndürmə işlərinə qoşulub. Dünən yanğın 10 hektar ərazini əhatə edirdisə, bu gün əhatəsi 12 hektara çatıb".
Qeyd edək ki, Zaqatalanın yüksək dağlıq ərazilərində başlayan yanğın iki gündür davam edir.
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...