Zaqatalada ağır qəza: Ölən və yaralanan şəxsin kimliyi məlum oldu
Zaqatala rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralanan şəxsin kimliyi məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,, hadisə bu gün saat 16 radələrində baş verib
Vaz-21011 və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-21011-in sərnişini, Zaqatala rayonunun Muğanlı kənd sakini, 2007-ci il təvəllüdlü Səməndər Mehman oğlu Qurbanov xəsarət alıb.
Hadisə nəticəsində həmin kənd sakini, Ülfət İsmayıl oğlu Qurbanov isə həlak olub.
*** 19:08
Zaqatala rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Muğanlı kənd sakini Elvin Qurbanov idarə etdiyi "VAZ-21011" markalı minik avtomobil rayonun Faldarı kənd sakininin idarə etdiyi "Mercedes C 200" markalı avtomobillə toqquşub.
Qəzadan sonra "VAZ 21011" markalı avtomobildə olan sərnişin, sürücünün əmisi 54 yaşlı Ülfət İsrafil oğlu Qurbanov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən qəza-xilasetmə alət və avadanlıqlardan istifadə etməklə minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəza zamanı xəsarət alan Elvin Qurbanov, onun avtomobilində olan sərnişin, Muğanlı kənd sakini Səməndər Mehman oğlu Qurbanlı, "Mercedes" markalı avtomobilin sürücüsü və onun sərnişinləri, Faldarı kənd sakini 50 yaşlı Natavan Rəsul qızı Yusifova və avtomobildə olan daha bir nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə korpusuna yerləşdirliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Su basmış ərazilərdən 547 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən ge...