Zaqatala sakinini döyüb öldürməkdə şübhəli bilinən şəxslərdən daha biri saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olmaqda şübhəli bilinən şəxslərdən daha biri saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirlərilə 1991-ci il təvəllüdlü Hafiz Hacıyev tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, İ.Musayev oktyabrın 22-də iki şəxs tərəfindən ölümcül döyülüb və oktyabrın 27-də müalicə aldığı xəstəxanada həyatını itirib. Bir müddət öncə əməli törətməkdə şübhəli bilinən şəxslərdən biri - Rasim Abbasov polis əməkdaşları tərəfindən saxlanılmışdı.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...