Yüzlərlə yük avtomobili sərhəddə qalıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Günlərdir kənd təsərrüfatı məhsulları ilə dolu olan yüzlərlə avtomobil Azərbaycan-Rusiya sərhədində qalıb.
BAKU.WS xəbər verir ki, BAKU.TV-nin qaynar xəttinə göndərilən kadrlarda yük avtomobillərinin ucsuz-bucaqsız növbədə gözlədiyi öz əksini tapıb.
“Qarabağ Transport” şirkətinin rəhbəri Ramil Bəylərovun sözlərinə görə, hətta pandemiya dövründə hər gün azı 200-250 tır Rusiyaya buraxılırdısa, son 1 həftə ərzində gün ərzində cəmi 20-25 maşının keçidinə icazə verilir.Yük maşınlarında kartof, pomidor, çiyələk və başqa kənd təsərrüfatı məhsulları daşınır.
Lakin tırların 4-5 gündür sərhəddə gözləməsi məhsulların tələf olmasına gətirib çıxarır.
Digər tərəfdən soyducular fasiləsiz işlədiyindən gündəlik 50 litr yanacaq sərf edilir ki, bu da iş adamlarına maddi ziyan vurur.
Yubanmanın səbəbləri barədə isə ətraflı məlumat verilmir.
Bayram günü olduğundan Dövlət Gömrük Komitəsindən məsələ ilə bağlı mövqe öyrənə bilmədik.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...