"Yuyucu toz" daşıyan maşında "iPhone"lar tapıldı
09
sen
2020
14:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Yuyucu toz" yükü gətirən avtomobildə "İphone" markalı telefonlar aşkar edildi. BAKU.WS-in məlumatına görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda İran İslam Respublikasından "yuyucu toz" yükü gətirən həmin ölkə vətəndaşının idarə etdiyi "Dong Feng" markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı ehtiyat hissələri üçün nəzərdə tutulmuş yeşikdə olan plastmast qabın yandan kəsilərək içərisinə yerləşdirilmiş 10 ədəd "İPhone 11" markalı mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İranla sərhəddə 200 kiloqramdan artıq heroin aşkar edildi - FOTO
Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınmaqla onların Azərbaycan...