"Yuventus"un futbolçusu Kənan Yıldız ağır zədə alıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Yuventus" klubunun yarımmüdafiəçisi Kənan Yıldız İtaliya A Seriyasının I turunda, "Frozinone" ilə matçda (1:0) ciddi zədələnib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 21 yaşlı türkiyəli futbolçunun sol ayaq pəncəsində sınıq aşkarlanıb.
Müayinə nəticəsində yarımmüdafiəçinin əməliyyat olunacağı müəyyənləşib. Onun bərpa prosesinin təxminən 3 ay çəkəcəyi gözlənilir. O, qarşılaşmanın 69-cu dəqiqəsində Jeremi Boqa ilə əvəzlənib.
Qeyd edək ki, Kənan Yıldız 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 47 matçda 11 qol vurub və 10 məhsuldar ötürmə müəllifi olub. Onun Turin təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu il iyunun sonunadək nəzərdə tutulub.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....