Yüksək sürətlə "qırmızı"dan keçib qəza törətdi - ANBAAN GÖRÜNTÜ
Yeniliklərdən dərhal xəbərdar olun
"Ölkəmizdə baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də sürücülərin tələskənliyidir".
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev paylaşım edib.
O bildirib ki, işə gecikmək, təyinat yerinə tez çatmaq və ya sadəcə yol hərəkətində üstünlük qazanmaq üçün qaydaları pozmaq çox vaxt faciə ilə nəticələnir:
"Tələskənlik: Böyük risk, ağır nəticə!
Sürət həddini aşmaq - nəqliyyatın idarəetməsini çətinləşdirir və qəza riskini artırır.
Qırmızı işıqda keçmək - həm sürücü, həm də piyadalar üçün təhlükəlidir.
Zolaqları düzgün seçməmək və yol hərəkətini pozmaq - digər sürücüləri gözlənilməz manevrlərlə çaşdırır və qəza ehtimalını yüksəldir.
Unutma ki, sənin tələskənliyin başqalarının sonu ola bilər!"
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....