Yük maşınına çırpılan “Jiquli”nin sürücüsü öldü

09
okt
2019
11:27
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, hadisə Bakı-Xocahəsən avtomobil yolunun Binəqədi rayonu ərazisində qeydə alınıb.Belə ki, 1982-ci il təvəllüdlü Faiq Müzəffər oğlu Atakişiyevin idarə etdiyi “VAZ-2106” markalı, 99 NG 426 dövlət qeydiyyat nişanlı maşınla əks istiqamətdə hərəkət edən, 1983-cü il təvəllüdlü Vüsal İsrafil oğlu Həsənovun idarə etdiyi “Mercedes” markalı, 99 DB 073 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.Qəza nəticəsində minik avtomobilinin sürücüsü Faiq Atakişiyev hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qaxda yük və minik maşınları toqquşub
Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.Hadisə axşam saatlarında Qorağan-Qax avtomobil yolunun rayonun Alatəmir kəndi ərazisindən keçən hissəsi...