Yük maşını məmuru vurub öldürdü

Yük maşını məmuru vurub öldürdü
Hadisə 660
Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 128-ci kilometrliyində, Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Abbasov İbrahim Eldəniz oğlu idarə etdiyi "DAF" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən, Bərdə rayon sakini, 1956-cı il təvəllüdlü Qocamanov Zöhrab Böyükkişi oğlunu vurub.Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.Hadisə nəticəsində ölən Z.Qocamanov Tərtər rayon İcra Hakimiyyətinin Ulu Qarabəyli kənd Ərazi İcra Nümayəndəliyinin rəhbəridir.Faktla bağlı cinayət işi başlanıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda məktəb direktoru adam öldürdü

Azərbaycanda məktəb direktoru adam öldürdü

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Qəndob-Yalama yolunun Qusarçay...

953 Hadisə 09:57 06 sentyabr 2019

Son xəbərlər