Yük maşını körpüdən aşıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada yük maşını körpüdən aşıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonunun Mazıx kəndi ərazisindən keçən hissəsində baş verib.
"Qazel" markalı, 34 AC 272 dövlət nömrə nişanlı yük maşını idarəetməni itirərək ərazidən axan çayın üzərindəki körpüdən çökəkliyə aşıb.
Sürücü maşında sıxılmış vəziyyətdə qalıb. Sürücünü xilas etmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.
Hazırda sürücünün xilasetmə prosesi aparılır.
Oxşar xəbərlər
Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - VİDEO + YENİLƏNİB - 4
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxs...