Yük avtomobili yaşlı qadını vurub öldürdü
13
dek
2025
17:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən yaşlı qadını vurub.
Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.
İlkin məlumata görə, piyadanı vuran yük maşını Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...