YPX əməkdaşları Vətən müharibəsi iştirakçısının həyatını xilas etdilər
Dekabrın 24-də saat 18 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Sabirabad rayonu ərazisində yerləşən stasionar postuna yaxınlaşan VAZ markalı avtomobilin sürücüsü xəstəxanaya apardığı sərnişinin - Vətən müharibəsi iştirakçısının səhhətinin ağırlaşdığını və təcili köməyə ehtiyac olduğunu bildirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, yaranmış vəziyyətə adekvat reaksiya verən Yol Polisi Xidməti (YPX) əməkdaşlarının çevikliyi sayəsində səhhəti kəskin ağırlaşan sərnişinin vaxtında Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılması təmin edilib.
"Vətən müharibəsi iştirakçısı", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunan qazi Kamil Məmmədli xəstəxanadan çıxdıqdan sonra YPX postuna gələrək peşəkar və humanist davranışa görə polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.
Oxşar xəbərlər
Gəncədə kişi özünü bıçaqladı
Gəncədə 54 yaşlı kişi bıçaq xəsarəti alıb. BAKU.WS "Unikal"a istinadla xəbər verir ki, hadisə şəhərin Bağman yaşayış massivində baş verib. Şəhər sakini, 1970-ci...