Yol qəzaları 5 nəfərin həyatına son qoydu

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 4 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
Oxşar xəbərlər
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 16 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətind...