Yol polisinin saxladığı şəxs özünə xəsarət yetirib

Yol polisinin saxladığı şəxs özünə xəsarət yetirib
Hadisə 594

Ağcabədi rayonunda yol polisinin saxladığı şəxs özünə xəsarət yetirib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 9-da saat 20 radələrində Ağcabədi şəhərinin ərazisində Avşar kənd sakini S.Xanalıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil üzərində dövlət qeydiyyat nişanları olmadığı üçün Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı S.Xanalıyevin sənədlərinin də olmaması müəyyən edildiyindən avtomobilin müvəqqəti duracağa aparılması bildirilib.

O və sərnişini, kənd sakini C.Rəfiyev tabeçilik göstərmədiklərindən hadisə yerinə PPXB-nin əməkdaşları çağırılıb. Bu zaman C.Rəfiyev özünün qarın nahiyəsinə bıçaqla daxilə nüfuz edən xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 3 ədəd patron, habelə nəqliyyat vasitəsinin yük yerində ona aid 1 ədəd dövlət qeydiyyat nişanı aşkar edilərək götürülmüş, digər dövlət qeydiyyat nişanının isə evdə olması bildirilib.

C.Rəfiyev xəstəxanaya yerləşdirilib.

S.Xanalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qonşusunun itini öldürən kişi həbs edildi

Qonşusunun itini öldürən kişi həbs edildi

Sabirabadda tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanılıb.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, martın 25-də Sabirabad rayonunun Mor...

1119 Hadisə 16:49 26 mart 2019

Son xəbərlər