Yol polisi iki yaşlı uşağın həyatını xilas etdi - VİDEO

Sumqayıtda səhhətində ciddi problem yaranan azyaşlı yol polisinin köməyi ilə təcili xəstəxanaya çatdırılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, övladının səhhətində problem yaranan şəxs yol polislərindən kömək istəyib.
Belə ki, şəhərin Koroğlu küçəsində xidmət aparan 99-YP-162 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobilinə yaxınlaşan Ağdam rayon sakini İlham Əlizadə 2 yaşlı oğlu İmranın qıcolma keçirdiyini və təcili xəstəxanaya çatdırılmalı olduğunu bilidirib.
Polis avtomobili ilə qısa müddətdə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılan azyaşlının həyatı xilas edilib.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
