Kamçatkada aralarında Azərbaycan vətəndaşının olduğu turist qrupu barədə SON MƏLUMAT AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
"Təbii parkı tərk edə bilməyən turistlər qida məhsulları ilə təmin ediliblər və təhlükəsizlikdədirlər".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Kamçatka Turizm Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Yelena Lassal deyib.
Onun sözlərinə görə, "Kamçatka vulkanları" təbii parkında, zərurət olarsa, hazırda orada olan bütün turistləri təmin etmək üçün kifayət qədər qida məhsulları mövcuddur.
Xüsusilə "Kamçatkanın vizyonu" şirkətindən iki qrup haqqında məlumat təsdiqlənib.
"Turistlər soba ilə qızdırılan çadırlarda yerləşdirilib, qida ilə təmin ediliblər, onlar üçün duş da daxil olmaqla, zəruri yaşayış şəraiti təşkil olunub. İnsanlar isti, rahat şəraitdədirlər", - deyə Yelena Lassal qeyd edib.
Hazırda alternativ keçidin təşkili imkanı araşdırılır. Günün qaranlıq vaxtında zəruri işlərin aparılması və insanların aviasiya ilə təxliyəsi məhduddur, ona görə də keçidin bərpası üzrə əsas işlərin səhər saatlarında başlaması planlaşdırılır.
*** 14:58
Kamçatkada Tolbaçik vulkanının ərazisində çarəsiz vəziyyətdə qalan turistlərlə bağlı tədbir görülüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə turistlər arasında olan Azərbaycan vətəndaşı Tatyana Dolivets öz "Instagram" hesabında paylaşım edib.
"Hər kəsə dəstək üçün təşəkkür edirəm. Biz isti şəraitdəyik, bizim isinə biləcəyimiz evimiz, isti yataqlar və çadırlarımız var.
Axşam üçün bizə digər düşərgədən yemək verdilər", - deyə o paylaşımda yazıb.
*** 13:22
Avqustun 22-də turistlər Rusiyanın şərqində, Kamçatkanın Ploski Tolbaçik vulkanında avtomobillərində çarəsiz qalıblar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, turistlərin bir neçə saat ərzində vulkana doğru getdikləri yol güclü yağış nəticəsində tamamilə yuyulub.
Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də çarəsiz qalan turistlər arasındadır. O, bu barədə öz "Instagram" səhifəsində paylaşım edib.
Tatyana Dolivetsin sözlərinə görə, 16 nəfərlik qrup Tolbaçik vulkanının ərazisində, "Kleşnya" turist dayanacağının yaxınlığındadır. O iddia edir ki, yolun təxminən 30 kilometri yuyulub və hazırda geri qayıtmaq imkanı yoxdur.
"Turist qrupu ilə birlikdə Kamçatkada, Tolbaçikdə ilişib qalmışıq. "Kleşnya" dayanacağındayıq. Yol yuyulub. 30 km-dir. Geri dönüş yolu yuyulub, çay öz məcrasından çıxıb və geri qayıtmaq mümkün deyil. Biz "Ural" maşınındayıq. Bizdən əlavə, burada böyük torpaqdan təcrid olunmuş təxminən 100 nəfər var. Ərzaqlar yalnız bir günlük qalıb", - deyə o bildirib.
Dolivetsin sözlərinə görə, turistlər arasında Çin, Belarus, İsrail və Rusiya vətəndaşları da var.
Mobil internetin olmaması səbəbindən turist qadın əlaqə yarada biləcəyi və paylaşım edəcəyi yerə çıxıb. O, Rusiyanın fövqəladə xidmətlərinin və Azərbaycandakı müvafiq dövlət strukturlarının məsələyə cəlb edilməsi üçün kömək istəyib.
Xatırladaq ki, son günlər Kamçatkada yollarda nəqliyyatla bağlı problemlər yaşanır. Ötən gün güclü yağışlar Milkovo-Klyuçi-Ust-Kamçatsk regional yolunu yuyub aparıb. Anavqay və Esso kəndlərinə aparan qovşaqdan Kozırevsk çıxışına qədər olan 153-cü kilometrdən 191-ci kilometrə qədər olan hissə müvəqqəti olaraq bütün nəqliyyat vasitələri üçün bağlanıb. Yol işçiləri hazırda yolun bərpası üzərində işləyirlər.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...