Yevlaxda qətlə yetirilən şəxsin qohumu: "Əvvəl daşla vurulub"
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxın Çənlibel qəsəbəsində qətl hadisəsi törədilib.
Məlumata görə, 63 yaşlı İlham Mirzəyev aralarında yaranan mübahisə zamanı 47 yaşlı Habil Kərimovu bıçaqlayıb. O, aldığı xəsarətlərdən yerindəcə həyatını itirib.
"Hadisə baş verən yerə çatanda gördük ki, qaynım artıq canını tapşırıb. Əvvəl daşla vurulub, sonra boynundan bıçaqlanıb", - mərhumun qohumu Şaiq Xəlilov bildirib.
Ş.Xəbəlilov qeyd edib ki, İlham Mirzəyev ailəsindən boşanmışdı, bir övladı var, orada-burada işləyib 5 qəpik qazanardı.
Hadisəni törətməkdə şübhəli bilinən İlham Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...