Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.
Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Xəzər Quliyevə "saxla" işarəsi verilib.
Araşdırma zamanı onun narkotik vasitənin təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.
X.Quliyev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarına əsasən 15 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi
Sosial mediada yayılan məlumatlara əsasən, Binəqədi rayonu ərazisində, sahil zonasında yerləşən "AF Hotel" adlı ictimai iaşə obyektində ev heyvanlarının saxlanm...