Yevlaxda iki qardaşın öldüyü qəza ilə bağlı cinayət işi açılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda iki nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb.
BAKU.WS xəbər verir ki, Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Salahlı kəndindən keçən hissəsində Hüseynov Aqşin Eldəniz oğlunun idarə etdiyi "Mercedes-Benz 200" markalı avtomobil Yevlax rayonu Salahlı kəndi istiqamətində hərəkətdə olarkən Hacıyev Akif Əli oğlunun idarə etdiyi "Lifan" markalı avtomobillə toqquşub.
Nəticədə Hacıyev Akif Əli oğlu və həmin avtomobildə olan sərnişin Hacıyev Sabir Əli oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Həmin avtomobildə olan digər sərnişinlər - Hacıyev Elcan Sabir oğlu, Hacıyev Əli Akif oğlu, Hacıyev Nihad Sabir oğlu və Xurşudov Rza Muhiddin oğlu xəsarət alıblar.
Fakt üzrə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...