Yevlaxda bədbəxt hadisə: 16 yaşlı gənci elektrik cərəyanı vurdu

Yevlaxda bədbəxt hadisə: 16 yaşlı gənci elektrik cərəyanı vurdu
Video
Hadisə 107

Yevlaxda 16 yaşlı gənci elektrik cərəyanı vurub.

Hadisə Yevlax dəmiryol stansiyasının ərazisində baş verib.

Məlumata görə, sakin burada boş vaqonun üzərinə çıxarkən elektrik cərəyanı vurması nəticəsində ağır yanıq xəsarətləri alıb.

Azərbaycan Dəmir Yollarının əməkdaşları zərərçəkəni Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırıblar.

2010-cu il təvəllüdlü şəxsə bədənin II və III dərəcəli cərəyan yanığı diaqnozu qoyulub və ona zəruri tibbi yardım göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən gənc daha ixtisaslı tibbi xidmət alması üçün Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Akif Əyyubov vəfat etdi

Akif Əyyubov vəfat etdi

Azərbaycanın tanınmış həkimi Akif Əyyubov vəfat edib. BAKU.WS xəbər verir ki, həkimin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, A.Əyyubov Ailə Sağlamlıq M...

126 Hadisə 23:30 23 oktyabr 2026

Son xəbərlər